U-21 millimizin heyəti müəyyənləşdi

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Sumqayıtdakı Kapital Bank Arenada Finlandiya, oktyabrın 12-də isə Xorvatiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, heyətə aşağıda adları qeyd edilən 23 oyunçu dəvət edilib.

Qapıçılar: Nicat Mehbalıyev, Rüstəm Samiqullin (Sabah), Əkbər Vəliyev (Keşlə)

Müdafiəçilər: Rauf Hüseynli (Zirə), Arsen Ağcabəyov (Sabah), Cəlal Hüseynov (Zirə), Elçin Mustafayev (Keşlə), Nihad Qurbanlı (Neftçi), Samet Karakoç (Bayrampaşaspor, Türkiyə), Süleyman Damadayev (Qəbələ), Nihad Quliyev (Qarabağ)

Yarımmüdafiəçilər: Səbuhi Abdullazadə (Sumqayıt), Asim Əlizadə (Neftçi), Ədilxan Qarəhmədov (Səbail), Vüsal Əsgərov (Neftçi), İsmayıl Zülfüqarlı (Neftçi), Camal Cəfərov (Sabah), Turan Vəlizadə (Keşlə), Rüfət Abdullazadə (Sumqayıt), Ramin Əhmədov (Zirə), İldar Ələkbərov (Sabah)

Hücumçular: Mustafa Yıldırım (Pazarspor, Türkiyə), Musa Qurbanlı (Qarabağ) 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right