Millimizin və "Neftçi"nin keçmiş futbolçusu vəfat etdi

Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş vəfat edib.
 
Newsport.az xəbər verir ki, sabiq hücumçu 51 yaşında dünyasını dəyişib.
 
1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionu olan Lemiş “Neftçi”, “Kuban”, “LasPalmas”,  MOİK, “Monolit”, “İzumrud”,  “Drujba”, Stavropol “Dinamo”su, "Baltika” və Belarus “Slaviya”sında çıxış edib. 
 
1992-ci ildə Rusiya yığmasında 1 matça çıxan futbolçu 1994-cü ildə Azərbaycan millisində də 1 oyun keçirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right