Azərbaycanın mövqeyi dəyişdi

UEFA Avrokuboklarda qrup mərhələsinin 2-ci turundan sonra yeni reytinq siyahısını açıqlayıb.

Newsport.az xəbər verir ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya"nı məğlub etməklə (4:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb. Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 2,875-yə, son 5 mövsümdə ümumi xal sayı isə 15.500-a çatıb.

Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan Qazaxıstana çatıb. Hər iki ölkənin 15,500 xalı var. 

Əlavə göstəricilərdə üstün olan ölkəmiz Qazaxıstanı arxada qoyub. Bir pilləlik irəliləyişlə Azərbaycan 28-ci yerə yüksəlib. 

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 90,641.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right