"Qarabağ"ın necə keyfiyyətli komanda olduğunu gördük"

“Oyuna istədiyimiz kimi başladıq. Həm hücumda, həm müdafiədə yaxşı idik. İlk hissədəki mübarizədən razıyam. İkinci hissədə 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi". 

Newsport.az xəbər verir ki, bu sözləri "Omoniya"nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

"Rəqibin səviyyəsini, necə keyfiyyətli komanda olduğunu gördük. Hazırda qrupun dördüncü komandasıyıq, vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. “Qarabağ” və “Bazel” uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma yetərli deyil" - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right