“Qəbələ” Futbol Akademiyasında görüş

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub.

Newsport.az-ın məlumatına görə, icraçı vitse-prezident “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb. “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən E.Məmmədov yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.

"Qəbələ" Futbol klubunun Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right