Sənan Qurbanov cəzalandırıldı

AFFA İntizam Komitəsi "Keşlə"nin baş məşqçisi Sənan Qurbanovu 1 oyunluq cəzalandırıb.
 
Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qarabağ"la matçda ikinci sarı vərəqə alaraq meydanda kənarlaşdrılması səbəb olub. Bundan başqa, klub 800 manat məbləğində cərimələnib.
 
S.Qurbanov ilk hissənin sonlarında baş hakim Fərid Hacıyevin qərarına sərt şəkildə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə cəzalandırılıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right