De Byazi "Beşiktaş"ın futbolçusunu əsas millimizə çağıra bilər

"Beşiktaş"da çıxış edən 19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Berkay Vardar əsas yığmamıza çağırıla bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi 18 yaşlı yarımmüdafiəçini yığmamıza dəvət etməyə hazırlaşır.

Qeyd edək ki, B.Vardar "Beşiktaş"la Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Ayaks"la matçda (0:2) 73-cü dəqiqədə meydana daxil olub. Bununla da, o, həm ÇL-də, həm "Beşiktaş"ın əsas komandasında debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right