İrlandiya millisi Bakıya ciddi itkilərlə gəlir

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq İrlandiya Bakıya ciddi itkilərlə gələcək.

 

Newsport.az xəbər verir ki, müdafiəçi Dara O`Şi zədələnib. Kapitan Seymus Koleman zədə səbəbindən "Everton"un son 3 oyununda meydana çıxmayıb. Hər iki futbolçu millimizə qarşı oynamayacaq.

 

Alan Braun və Ceyson Molumbi isə cəza səbəbindən Bakı səfərini buraxacaq.

 

Qeyd edək ki, 9 oktyabr tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right