Azərbaycanlı forvard rus klubunda qol hesabını açdı

Rusiya 1-ci divizionunda 14-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi "SKA Xabarovsk" doğma meydanda "Volqar"la qarşılaşıb.  Əliyevin komandası bu oyundan qələbə qazanıb.

Start heyətində meydana çıxan Əliyev komandasının yeganə qoluna imza atıb. 22 yaşlı futbolçu 69-cu dəqiqədə rəqib qapısına yol tapıb. Bu, Əliyevin “SKA-Xabarovsk”dakı ilk qolu olub.

"Ximki"yə məxsus olan Kamran "SKA Xabarovsk"da icarə əsasında çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right