Azərbaycanlı hücumçu qolunu yenicə dünyasını dəyişmiş babasına həsr edib

"Tondela" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Portuqaliya çempionatında vurduğu növbəti qolunu yenicə dünyasını dəyişmiş babasına həsr edib.

Newsport.az xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib.

Dadaşov VII turda "Famalikan"ı 3:2 hesabı ilə məğlub etdikləri qarşılaşmada qələbə topunun müəllifi olub. 84-cü dəqiqədə fərqlənən forvard babasının vəfat etdiyini paltardəyişmə otağında öyrənib.

Oyunçu həyatının ən pis xəbərlərindən birini aldığını vurğulayıb: "Matçdan sonra oyunlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyini öyrəndim. Baba, hər şey sənin üçün idi. Kaş, bu anları görə bilərdin. Əminəm ki, görürsən. Səndən ötrü sonsuzadək darıxacağam".

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right