"Omoniya"nın baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

"Bu görüşün nəticəsinin "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram. Hazırda bu barədə düşünmürük".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq çempionatın IV turunda "Pafos"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.

52 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsinin II turundakı matça köklənmək istədiklərini bildirib: "Komandamızın müdafiədə yaxşı olduğunu düşünürəm, hücumda isə daha kəsərli olmalıyıq. "Qarabağ"la oyunu səbrsizliklə gözləyirik".

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right