Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarının başlama saatı açıqlanıb.
Newsport.az PFL-in saytına istinadən xəbər verir ki “Bakcell Arena”da aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Neftçi” klubunun rəsmi müraciəti, “Səbail” klubunun razılığı ilə bu turun oyunu “Səbail” – “Neftçi”, 12-ci turun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.
1 oktyabr (cümə)
18:00.“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
2 oktyabr (şənbə)
17:00.“Keşlə” – “Sabah”
“ASK Arena”
19:15.“Səbail” – “Neftçi”
“ASCO Arena”
3 oktyabr (bazar)
19:00.“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”