"Sabah"ın yeni transferi "Neftçi"yə qarşı oynayacaq?

"Sabah" ötən həftə Rusiya doğumlu Ruslan Pidlisnyakı heyətinə qatdı.

Newsport.az-ın məlumatına görə, iki illik müqavilə imzalanan gənc futbolçu əsas yox, əvəzedici komanda üçün sifariş edilib.

Birinci divizionun son turunda, Keşlə-2 ilə matçın 75-ci dəqiqəsində meydana çıxan Ruslanın bu gün "Neftçi" ilə baş tutacaq Premyer Liqa görüşündə şans qazanmaq ehtimalı yoxdur.

Ümumiyyətlə, 20 yaşlı hücumçunun gələcəkdə də əsas heyətdə yer alması özünü əvəzedici komandada necə göstərməsindən asılı olacaq.

"Sabah" - "Neftçi" görüşü bu gün "Bank Respublika Arena"da keçiriləcək. Matç 17:00-da start götürəcək.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right