Aftandil Hacıyev: "Premyer Liqa üçün futbolçularda ustalıq səviyyəsi çatışmır"

Premyer Liqanın 5-ci turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, məğlubiyyəti şərh edib:

"İki fərqli hissə gördük. İlk yarıda diqtə edən tərəf rəqib idi. İki səhvimizdən sonra qollar buraxdıq. Bundan sonra oyunu çevirmək çətin idi. Amma ilk qol bizə ümid verdi. İkinci yarıda daha yaxşı oynadıq. Komandalar arasında ustalıq səviyyəsini gördük. Premyer Liqa üçün futbolçularda ustalıq səviyyəsi çatışmır. Bu gün heyətimizdə bir debütant var idi. İlk yarıda diqqətli oynasaydıq, oyunu daha yaxşı nəticə ilə başa vura bilərdik. Artırmaq lazımdı. Növbəti matçda daha özünəinamlı və daha yaxşı oyun gözləyirəm. Rəşad Sadıqovun komandasını təbrik edirəm. Mövsümdə heç bir oyun asan deyil. Komandamızda cəmi 1 hücumçu var. Görək nə qədər dözəcək. Heyətimiz də yoxdu ki, oyunun gedişatını düzəldək. Rəqibə keyfiyyətdə uduzduq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right