"Zirə"nin belçikasılı: "Gözəl bir maliyyə təklifi aldım"

"Zirə"nin yay transfer pəncərəsi zamanı heyətinə cəlb etdiyi Loris Broqno ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, belçikalı vinger bir neçə ölkədən təklif aldığını, amma Azərbaycan təmsilçisinin təklifini qəbul etdiyini bildirib:

"Bu yay transfer pəncərəsində vaxtımı ayırdım və təklifləri süzgəcdən keçirdim. İsrail, Rumıniya, Niderland və hətta Səudiyyə Ərəbistanından təkliflər aldım. Doğru şeyi etmək istədim. Özüm və ailəm üçün bir seçim etdim. Həm də gözəl bir maliyyə təklifi aldım, bu barədə yalan danışmayacağam. Amma Səudiyyə Ərəbistanına imza atmaqla daha çox pul qazana bilərdim".

Qeyd edək ki, Loris Broqno "Zirə" ilə 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right