Qurban Qurbanov: "Futbol üçün yaxşı meydança vacibdi"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 5-ci turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Təəssüf ki, belə oyunlar il ərzində 1-2 dəfə olur. Həddən çox qol epizodları olmadı. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Hər zaman demişəm ki, 1 xal əldə etmişiksə, bu, xallarımızın üzərinə gəlir. Futbol üçün yaxşı meydança vacibdi. Süni örtükdə topu düzgün ram etmək, istədiyin kimi sürəti artırmaq olmur. Müdafiədə oturan komandaya qarşı oynamaq üçün yaxşı meydança lazımdır. Bir neçə qol epizodu yaratsaq da, qələbə qazana bilmədik. Rəqib isə bir fürsətdən yararlandı. Futbolçularımız əziyyət çəkdi. 

- "Omoniya" ilə oyundan nə gözləyirsiz?

- Gözlədiyim bir şey yoxdu. Sabahdan hazırlığa başlayırıq. Rəqib haqda məlumatımız var. Bəzi oyunlarına baxıb təhlil etmişik. Sabahdan daha diqqətli, daha ciddi hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. 

- Kiprdə baş verə biləcək təxribata qarşı hansı addım atmaq fikriniz var?

- O barədə ümumiyyətlə düşünmürəm. Hər hansı təxribat olacağına inanmıram. Əvvəllər bəzi olaylar baş verib. Yəqin, UEFA da ciddi xəbərdarlıq edib. Nəsə olsa, yerində reaksiya veriləcək.

- Buraxılan qol zamanı Şahruddin Məhəmmədəliyevlə Maksim Medvedev arasında sanki anlaşılmazlıq oldu...

- Hər hansı səbəb axtarsaq, düz çıxmayacaq. Hər ikisini günalandırmaq olar. Meydança çox quru idi, top getmirdi. Qismətimizdə 1 xal var imiş.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right