“Sanki Türkiyəyə gəlmişəm” “Neftçi”nin legioneri

“Təbii ki, başqa ölkəyə gəlmək – yeni şəhər, yeni komanda, yeni ab-hava deməkdir. Amma bu günədək heç bir sıxıntım olmayıb”. Newsport.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin yeni transferi Tiaqo Bezerra klubun televiziyasına müsahibəsində deyib. O, Azərbaycan karyerasının dil sarıdan da onun üçün çox rahat olduğunu deyib:
 
“Üstəlik, komandada portuqalca və fransızca danışan futbolçular var. Çox şanslıyam. İlk gəldiyimdən bu günədək problem yaşamamışıq. Belə də davam edəcəyik”.
 
Bezerra, “Keşlə”yə 3:0 hesabı ilə qalib gəldikləri ilk matçında özünü yaxşı hiss etdiyini söyləyib:
 
“Komanda yaxşı oynadığından, bizə də rahat idi. Təbii ki, bir az zaman lazımdır. Hələ tələsməyə ehtiyac yoxdur. Komandada işlər də yaxşı gedir. Əlbəttə, oynamaq istəyirəm. Amma digər oyunçulara da sayğı göstərmək lazımdır. Daha hazırlıqlı futbolçular var. Mənim zamanım da gələcək. Bunun üçün çox çalışıram. Vaxtı yetişdikdə hazır olacağam”.
 
Türkiyədə müxtəlif klubların formasını geyinmiş oyunçu, Azərbaycanı bu ölkəyə bənzədib:
 
“Sanki Türkiyəyə gəlmişəm. Azərbaycanın dili, insanları, yeməkləri, bir sözlə, hər şeyi çox bənzəyir. Təbii ki, bura irəliləməkdə olan futbolu da daxil edərdim. Türkiyədə isə belə bir gün yetişib. Buna görə də, kiçiltməli bir şey yoxdur. VAR da gələcək, digər təşkilati işlər də görüləcək”.
 
“Neftçi” Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sabah”ın qonağı olacaq. Sentyabrın 26-da, “Bank Respublika Arena”da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah