"Hanza" və "Ayntraxt"ın sabiq futbolçusu Azərbaycanın birinci divizionunda oynayacaq

"Qaradağ Lökbatan" Almaniya futbolunun yetirməsi olan futbolçunu heyətinə qatıb.

Newsport.az xəbər verir ki, birinci divizion təmsilçisi "Maqdeburq"un yetirməsi olan Fabian Zittlaunu transfer edib.

Sol cinah müdafiəçisi kimi çıxış edən Almaniya vətəndaşı karyerası ərzində “Hanza”, “Ayntraxt Trier”, “İnterblok” klublarında oynayıb. Onun son komandası 6-cı liqada çıxış edən “Borussiya Lindental-Hohenlind” klubunda oynayıb.

Futbolçunun adı artıq PFL-də iştirak ərizəsinə də daxil edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right