"Qarabağ"ın futbolçuları liderlər arasında

Konfrans Liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. 

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşılar sırasında "Bazel"lə heç-heçə edən "Qarabağ"ın futbolçuları da yer alıb.

Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib.  Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.

“Qarabağ”ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.

Qeyd edək ki, matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right