"Bazel"in prezidenti "Qarabağ"la oyundan sonra futbolçuları tənbeh edib

İsveçrə "Bazel"inin prezidenti David Degen Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının oyununda komandasının çıxışından narazı qalıb.

Newsport.az "Blick-Infos"a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis matçdan sonra futbolçuları bir araya toplayaraq, onlarla ciddi söhbət edib.

Keçmiş yarımmüdafiəçinin iclas vaxtı çox əsəbi olduğu və oyunçularla yüksək tonda danışdığı bildirilib. Komanda üzvlərinə "Bazel"i təmsil etdiklərini xatırladan Degen onlara bundan sonra daha məsuliyyətli olmağı tapşırıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Bazel" qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right