FİFA federasiyaları iclasa çağırdı

FİFA dünya çempionatının iki ildən bir keçirilməsi təklifi də daxil olmaqla, beynəlxalq yarışların təqvimini müzakirə etmək üçün aparıcı federasiyaları və təşkilatları toplantıya dəvət edib.

Newsport.az saytının məlumatına görə, video-konfrans şəklində baş tutacaq görüş sentyabrın 30-na təyin olunub.

Həmin gün iclasda təkcə federasiya rəsmiləri iştirak etməycək. Eyni zamanda FİFPronun, klubların, liqaların, konfederasiyaların və UEFA-nın nümayəndələri də toplantıya qatılacaq.

Əsas müzakirə mövzusu FİFA-nın dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı təklifi olacaq. Beynəlxalq yarış təqviminin təkmilləşdirilməsi üçün də fikir mübadiləsi aparılacaq.

Sentyabrın son günündə baş tutacaq tədbirdə AFFA və PFL-in iştirakı gözlənilmir. Çünki FİFA aparıcı futbol ölkələrinin nümayəndələrinə dəvət göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right