"Qrupdan çıxmaq şansımız var" Millimizin üzvü

"Rusiyaya qarşı oyunumuz çətin alındı. Amma yaxşı mübarizə apardıq. Sadəcə öz səhvlərimiz ucbatından qollar buraxdıq".

Newsport.az-ın məlumatına görəbu sözləri Sportal.az saytına açıqlamasında qadınlardan ibarət yığma komandamızın üzvü Aysun Əliyeva deyib.

DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində 1-ci turda Rusiyaya uduzan qadınlardan ibarət yığmamız sabah evdə Danimarka önünə çıxacaq. Əliyeva danimarkalılarla matçda uğurlu nəticəyə ümid etdiklərini bildirib: “Qrupumuzda 2 ən güclü komanda, Rusiya və Danimarka yığmasıdı. Danimarka son Avropa çempionatının final mərhələsində çıxış edib.

Ancaq onu deyə bilərəm ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Danimarka da yaxşı komandadı. Əslində bu qrupda öz gücümüzə uyğun rəqiblər var. Təbii ki, yığmamızın qrupdan çıxmaq şansımız var və buna çox inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right