"Keşlə" Aslan İsmayılovla bağlı Baş Prokurorluğa müraciət etdi

"Keşlə" hüquqşunas Aslan İsmayılovun feysbukda paytaxt təmsilçisi ilə bağlı yazdığı iddialara münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada A.İsmayılovun yazdıqlarının həqiqəti əks etdirmədiyi bildirilib:

Facebook sosial şəbəkəsində “Keşlə” Futbol Klubu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası haqqında həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun “Keşlə” FK-nın guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu” MMC arasında 23.10.2017-ci il tarixində “İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilmişdir. 1 fevral 2018-ci il tarixində müqaviləyə 1 saylı dəyişiklik edilmiş, “İnter Arena”da sahələrdən isifadə üçün 13,000.00 (on üç min) manat ödəniləcəyi razılaşdırılmışdır (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

1 mart 2019-cu il tarixindən isə “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27,890.00 (iyirmi yeddi min səkkiz yüz doxsan) manat borcu ödəməyi öz üzərinə götürmüş, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilmişdir (ödəniş sənədləri əlavə olunur):

01.03.2019 – 3,000.00 (üç min) manat
24.07.2019 – 5,000.00 (beş min) manat
21.10.2019 - 3,000.00 (üç min) manat
26.11.2019 - 3,000.00 (üç min) manat
15.04.2020 - 2,000.00 (iki min) manat
10.09.2020 - 1,000.00 (bir min) manat
05.08.2021 - 2,000.00 (iki min) manat
02.09.2021 - 3,000.00 (üç min) manat
20.09.2021 - 3,000.00 (üç min) manat
20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat)

Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5800 manat olmamış, razılığa uyğun olaraq, 27,890.00 vəsait “Keşlə” klubu tərəfindən hissə-hissə ödənilmişdir.

Bir daha bildiririk ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu İctimai Birliyi” arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verir, bununla da, klubumuzun işgüzar nüfuzuna xələl gətirmiş olur.

Aslan İsmayılovun “Keşlə” klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right