“Keşlə” klubu 2 ildir ki, icarə pulunu ödəmir” – Aslan İsmayılov

“Artıq 2 ildir ki, “Keşlə” Futbol Klubu “İnter” stadionuna (keçmiş “Şəfa” – red.) 5 min 800 manat icarə pulunu ödəmir”. 

Newsport.az-ın məlumatına görə, bu haqda tanınmış vəkil Aslan İsmayılov bu gün özünün Feysbuk səhifəsindəki paylaşımında bildirib. O qeyd edib ki, buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. 

“Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə “Keşlə” FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə dəfə danışmışam. Borcu etiraf edib ödəyəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın Prezidenti Rövnəq Abdullayevin adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu, AFFA-nın baş katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələrin əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur”.

A.İsmayılov Baş Prokurorluğu AFFA-da maliyyə pozuntuları ilə bağlı araşdırma aparmağa çağırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right