“Qarabağ”ın rəqibi 1/8 finala yüksəldi

İsveçrə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Newsport.az xəbər verir ki, Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bazel” səfərdə aşağı liqa təmsilçisi “Rorşax”la qarşılaşıb. "Bazel" 3:0 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, “Qarabağ” “Bazel”lə Bakıda keçirilən ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right