Ramin Quliyev: "Tam fərqli komanda gördüm"

Premyer Liqanın 4-cü turunda səfərdə "Zirə" ilə heç-heçə edən "Sabah"ın baş məşqçisi Ramin Quliyev oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Newsport.az-ın məlumatına görə, o, öncə nəticəni şərh edib:

 

- Bu oyuna 3 xal üçün köklənmişdik. Oyunun axıı yaxşı gedirdi. Müdafiədə buraxdığımız 1 səhv hər şeyi dəyişdi. Futbolçuların əzmkarlığı yaxşı idi. Son dəqiqələrdə qalib gələ bilərdik. Bu gün tam fərqli komanda gördüm. Həddindən artıq qələbə istəyi var idi.

 

- Sanki ilk hissədə komandanız istəksiz görünürdü.
- Bu neçənci oyundu ki, qol buraxandan sonra tam fərqli oynayırıq. Hesab 0:0 olanda ehtiyatlı oynayırıq. Qol buraxandan sonra hcumların kəsrini artırırdıq. Bu gün komanda hücumda daha yaxşı görünürdü.

 

- Bu gün ilk xal qazandınız və ilk qol vurdunuz. Sizcə, bu, dönüş nöqtəsi ola bilər?
- Bəli, ola bilər. Bundan əvvəlki oyunlarda hücum xəttində problemlərimiz var idi. Sluletiç, Rodriqes komandaya qoşulmamışdı. Bu həftədən etibarən onlar da komandaya qoşulub. Növbəti oyunlarda meydanda görə bilərik.


- Belə söhbətlər var idi ki, bu gün məğlub olsaz istefaya göndərilə bilərdiz
- Bu tez-tez təkrarlanır. Məni bura gətirən rəhbərlik var. Bu gün onların dəstəyini artıqlaması ilə görürəm. Bu dəstək bizə inam verir. Rəhbərliyin mənə, mənim komandaya inamım çoxdu. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right