"Qəbələ"dən darmadağın, "Zirə" "Sabah"la heç-heçə etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun ilk oyunun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk oyunu Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası paytaxtın "Səbail" klubunu 5:0 hesabı ilə məğlub edib.

Daha sonra "Zirə" və "Sabah" komandaları üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.

18 sentyabr (şənbə)

19:15. “Zirə” – “Sabah” - 1:1 

Qol: Hamdaui, 49 (1:0), Periçiç, 83 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Səbail” - 5:0 

Qollar: Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4

Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85 ("Səbail")
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right