İsveçrədə “Qarabağ”la “Neftçi”ni səhv saldılar

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Legiya”nın sabiq futbolçusu İvitsa Vrdolyak komandanın Avropa Liqasının 1-ci turunda “Spartak”a qalib gəldiyi matç (1:0) barədə danışıb. 

Newsport.az xəbər verir ki,  38 yaşlı keçmiş müdafiəçi sport.tvp.pl-ə müsahibəsində Emrelinin Varşava təmsilçisinin əhəmiyyətli oyunçularından biri olduğunu deyib: 

“Klub düzgün istiqamətdə gedir. “Legiya” “Ferentsvaroş”dan İqor Karatini, “Dinamo”dan (Zaqreb) Lirim Kastratini aldı. Bu, çox yaxşı addımdır. Çünki həmin oyunçular artıq klublarında çempionluq uğrunda mübarizə aparıblar və təzyiqə alışıblar. Komandada bir neçə futbolçu müsbət qiymətləndirilə bilər. “Legiya”nın ən önəmli qollarını yeni transferlərdən Mahir Emreli vurdu. Ernest Muçi "Spartak"la matçda yüksək səviyyədə mübarizə apardı. Lirim Kastrati də oyunu qolla başa vurdu”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right