Filipp Kaufmann: "Qarabağ"ın necə keyfiyyətlərə malik olduğunu bilirik"

"Qarşıda bizi uzun səyahət gözləyir və hazırlığımızı buna uyğun qurmuşuq. Belə səfərlərin kritik olduğunu düşünürəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri İsveçrənin "Bazel" klubunun meneceri Filipp Kaufmann "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu barədə "Telebasel" nəşrinə açıqlamasında deyib.

O, Bakıya uzun səfərə çıxdıqlarını xatırladıb: "Qalacağımız oteldə digər insanlardan qorunmalıyıq. Son məşq və oyun istisna oteldən çıxmağa icazə verilməyəcək. Azərbaycanda pandemiya ilə bağlı qaydaların bir az sərt olduğunu bilirik. Amma bu, bizə təsir etməməlidir".

Kaufmann Ağdam təmsilçisini analiz etdiklərini sözlərinə əlavə edib: "Rəqibin necə keyfiyyətlərə malik komanda olduğunu bilirik. Onların sərgilədiyi oyun bizim oyun sistemimizlə oxşardır. Yaxşı komanda ilə üz-üzə gələcəyik. "Qarabağ" təsnifat mərhələsində məğlub olmayıb. Çətin qarşılaşma gözləyirik. Buna baxmayaraq qələbə qazanmaq imkanımız var. Qrupdakı ilk matç bizim üçün çox vacibdir. Turnirdə mümkün qədər irəliləmək niyyətindəyik".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right