Azərbaycan çempionatının açılış oyununda topa ilk zərbəni qazilər vurub

Futbol üzrə Azərbaycan I Divizionunda "Kəpəz" və "Qəbələ-2" komandaları arasındakı mövsümün açılış oyununda anlamlı jest edilib.

Newsport.az xəbər verir ki, görüşdə topa ilk zərbəni qazilər vurub.

Onlar Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və Gəncə təmsilçisinin azarkeşi Sərxan Yolçuyev ilə Tural Xanəliyev olub.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right