“Qarabağ” - “Bazel”: açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ” – “Bazel” oyunundan öncə keçiriləcək açıq məşq (15 dəqiqə) və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, hər iki tədbir sentyabrın 15-də baş tutacaq.
 
Həmin gün saat 17:00-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. 17:30-da isə komandanın Bakı Olimpiya Stadionunda oyundan öncəki son məşqinə start veriləcək.
 
Saat 19:30-da isə “Bazel”in baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı başlayacaq. Bundan yarım saat sonra da qonaq komandanın oyun öncəsi son məşqinə start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right