“Sabah” Serbiya millisinin futbolçusu ilə anlaşdı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Newsport.az xəbər verir ki,  serbiyalı hücumçu Petar Şkuletiç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 31 yaşlı futbolçu ilə müqavilə müddəti 2 ildir.
 
Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.
 
Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transferi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right