“Neftçi” argentinalı vingeri Bakıya gətirir

“Neftçi” daha bir futbolçunun transferini həll edib. Newsport.az xəbər verir ki, argentinalı vinger Xorxe Korrea ilə danışıqlar uğurlu nəticələnib.
 
Bu futbolçu sentyabrın 15-də səhər ölkəmizə gələcək. 28 yaşlı argentinalı Portuqaliya “Maritimu”sundan transfer edilir.
 
“Velez Sarsfild”in yetirməsi 2010-18-ci illərdə doğma klubunda 63 matç (9 qol) keçirib. O, yalnız 2012-13 mövsümündə “Defensor”da icarədə olub (14 oyun, 1 qol). 2018-ci ildən “Maritimu”ya gələn futbolçu burada heyətə düşməkdə çətinlik çəkib. 13 dəfə bu komandanın formasını tərlədən Korrea karyerasında yeni səhifə açmaq üçün Azərbaycana üz tutub.
 
Maraqlıdı ki, Korrea bu yay Portuqaliyadan “Neftçi”yə gələn 3-cü futbolçudu. Bakılılar Harramiz Soares və Huqo Bastonu da “Eştoril”dən gətirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right