“Arsenal” Quliyevin yoxluğunda ÇSKA-dan xal aldı

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Quliyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Arsenal” geridə qalan 7 turda 5 xal toplayıb və 16 kollektiv arasında 15-cidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right