Əliyevin komandası “Soçi”yə məğlub oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Soçi” ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.
 
“Ufa” 7 turdan sonra 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right