"Qarabağ"ın hücumçusu: "Növbəti oyuna köklənməliyik"

"Qarabağ"ın futbolçusu İbrahima Vadji Azərbaycan Premyer Liqasının III turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az məlumatına görə, Ağdam təmsilçisinin hər iki qoluna imza atan 26 yaşlı hücumçu şəxsi instaqram hesabından paylaşım edib.

Seneqallı forvard həmin görüşdə yaxşı performans sərgilədiklərini bildirib: "Komanda yoldaşlarımı qələbə münasibəti ilə təbrik edirəm. Artıq növbəti oyuna köklənməliyik".

Qeyd edək ki, "Qarabağ" sentyabrın 16-də Konfrans Liqasının qrup mərhələsinin I turunda İsveçrənin "Bazel" klubunu qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right