"Neftçi"nin GİZLİ TRANSFER çalışması üzə çıxdı FOTO-FAKT

Dünən xəbər vermişdik ki, «Neftçi» Qana yığmasının hücumçusu Con Antvi Dukuya dəvət göndərib.

Newsport.az-ın məlumatına görəBakı təmsilçisi 29 yaşlı forvarda 2 illik müqavilə təklif göndərib.

Futbol həyatına yerli «Drims»də atılan Duku hazırda karyerasını Misirdə davam etdirir. O, 2019-cu ildən bəri «Piramids»in formasınıı geyinir.

Adıçəkilən hücumçu 2017-ci ildən dəvət aldığı ölkəsinin əsas millisində 2 oyuna çıxıb.

Transfer həmləsi barədə məlumat yayılandan sonra «Neftçi» rəhbərliyinin nəzarəti altında olan sosial şəbəkə hesablarında təkzib xarakterli xəbərlər yerləşdirilib.

Orada Duku ilə bağlı heç bir danışıqların aparılmadığı iddia olunur.

Buyurun, bu da fakt. Təqdim etdiyimiz foto «Neftçi»nin qarşı tərəfə göndərdiyi rəsmi dəvətin əks olunduğu sənədin əksidir.

Burada klubun prezidenti Kamran Quliyevin imzası var. Sənəddən görünür ki, paytaxt təmsilçisi qanalı forvarda 2 illik müqavilə təklif edir.

Şərtlər də ortadadır: o, çağırışı müsbət qarşılayarsa, hər mövsüm 250 min dollar qazanacaq.

Təkliflər paketində əlavə bonuslar da nəzərdə tutulub: komandanını qazanacağı hansı nəticələrə görə onun nə qədər mükafat alacağı bənd-bənd qeyd olunub.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right