“Bazel”lə oyun öncəsi bu qələbə vacib idi” - "Qarabağ"ın kapitanı

“Ağır oyun oldu, matçın dinamikası yüksək səviyyədə idi”.

Newsport.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Bakcell Arena”da 2:1 hesabı ilə qalib gəldikləri görüş haqda açıqlama verən kapitan bildirib ki, komandası oyuna yüksək motivasiya ilə çıxmışdı: “İlk hissədə çox həvəsli idik, bizdə oyun alınırdı. İki qol da vurduq. Amma ikinci hissədə bunun davamını gətirə bilmədik. Rəqib də yaxşı oyunçulara malikdir. Hesab arasındakı fərqi azaltdı. Amma sonda qələbə qazanmağı bacardıq. Sonuncu dəfə “Aberdin”ə qarşı oynamışdıq, uzun müddət idi bir arada deyildik. “Bazel”lə oyun öncəsi bu qələbə vacib idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right