Ələskərov oynamadı, “Bursaspor” uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Namik bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Bursaspor” 4 turdan sonra 1 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right