Ayxan Abbasov: "Biz diktator deyilik, futbolçularla dostuq, qardaşıq"

Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sumqayıt" səfərdə "Səbail"ə 0:1 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, "kimyaçılar"ın başməşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Səbail"i qələbə münasibətilə təbrik edirəm. Çətin səfər olacağını bilirdik. Həm meydança amili, həm çempionatda yaranmış fasilənin təsiri var idi. Yenidən çempionatın ab-havasına girmək lazım idi. Birinci hissədə qol imkanlarından istifadə edə bilmədik. ikinci hissədə futbolçular bəzi anlarda konsentrasiyanı itirdi. Qoldan sonra "Səbail" yaxşı müdafiə olundu. Çempionat gərgin keçəcək. Belə məğlubiyyətlər, qələbələr olacaq. Ötən mövsüm də bu cür hallarla rastlaşmışıq. Hər xal bizim üçün dəyərlidir. Bu gün buradan xalla qayıtmaq istəyirdik, təəssüf ki, buna nail ola bilmədik. Tez zamanda toparlanıb, bu oyunu təhlil edib, səhvlərdən nəticə çıxarmalıyıq". 

- Qapınıza vurulan qol epizodu barədə fikriniz necədir?

- Epizoda baxdım. Gərək bir də dəqiq baxım. Əgər rəqib futbolçular məsafə istəməyibsə, hakim haqlıdır. Futbolda belə şeylər olur. Hər situasiyaya hazır olmalıyıq. Gərək bizim futbolçular diqqətli olardılar. Elə boşluq vermək olmaz. 

- Futbolçuların milli komandadan yorğun qayıtmağının məğlubiyyətə təsiri var idi?

- Milli komanda vacibdi. Bunu bəhanə etmirəm. Futbolçular milliyə gedəndə də demişdim ki, buna öyrəşməliyik. Bu, dünyanın hər yerində var. Amma bunun komandaya təsiri var. Bəzi futbolçular millinin heyətində 3 oyunda meydana çıxdı. Bunlar amildi, amma bəhanə deyil. 

- Futbolçularla münasibətdə diktator təsiri bağışlayırsız. Bir epizodda oyunçuya dediz ki, öldürəcəm səni. 

- Oyunun içində belə hallar olur. Futbolçunun birə-bir mübarizədən çəkinməyi ən xoşlamadığım şeydi. O, futbolçulara yüngülvari xəbərdarlıq idi. Biz diktator deyilik, futbolçularla dostuq, qardaşıq. Hər zaman oyunçuların arxasında olmuşam.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah