Qara Qarayev: Siz daha çox qələbələrə layiqsiniz

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyunu izləməyə gəlmiş azarkeşlərə təşəkkürünü bildirib. Newsport.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
 
“Qarabağ”ın futbolçusu paylaşımda bu sözləri qeyd edib: “Bütün azarkeşlərə təşəkkür edirəm. Heç şübhəsiz ki, siz daha çox qələbələrə layiqsiniz”.
 
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliyaya 0:3 hesabıyla məğlub olub. Oyundan sonra millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Təmkin Xəlilzadə uğursuz nəticəyə azarkeşlərdən üzr istəyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right