“Zirə”nin sabiq futbolçusu rəmzi komandada

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Mərkəzi Afrika Respublikasının futbol tarixinin rəmzi komandasını açıqlayıb.
 
Newsport.az qurumun saytına istinadən xəbər verir ki, heyətdə Azərbaycanın “Zirə” klubunda çıxış etmiş David Manqa da yer alıb.
 
32 yaşlı yarımmüdafiəçi 2017-ci ilin iyulundan 2018-ci ilin yanvarına qədər qəsəbə təmsilçisində çıxış edib.
 
Qapıçı: Joffrey Lembe;
 
Müdafiəçilər: Kelli Yuqa, Anqe Uefio, Cedrik Yambere, Manasse Ensa-Yamissi;
 
Yarımmüdafiəçilər: David Manqa, Eloq Ensa-Yamissi, Joffrey Kondoqbia, Foksi Kethevama;
 
Hücumçular: İbrahim Bohari, Habib Habibu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right