Yığmamız Avstriya səfərində Yenilənir

21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Newsport.az xəbər verir ki, yığmamız A qrupundakı ikinci matçında Avstriyanın qonağı olacaq. 
 
"Kayne Zorgen Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Belarusdan olan FIFA referisi Amin Kurqheli idarə edəcək. Milan Obradoviçin başçılıq etdiyi millimiz qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. 
 
Avropa çempionatının seçmə mərhələsi
4 sentyabr
A qrupu
 
20:00. Avstriya - Azərbaycan
Hakimlər: Amin Kurqheli, Yuri Xomçenko, Viktor Xetskov, Denis Şerbakov (Belarus)
Rid, "Kayne Zorgen Arena"
 
Xal durumu: Norveç - 3, Finlandiya - 3, Xorvatiya - 3, Avstriya - 3 (2 oyuna), Azərbaycan - 0, Estoniya - 0 (2)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right