"Santuş hələ də mənim hədiyyəmi verməyib" - De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Portuqaliya ilə oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Heyətlə bağlı dəyişikliklər olacaq? 

- Maksim Medvedev və Anton Krivutsyuk olmayacaq. Təxmini Dublində olan heyət meydanda olacaq. Bir-iki dəyişik edəcəyik. Amma təxmini eyni heyət olacaq. 

- Portuqaliya ilə oyun ərəfəsində nə düşünürsüz? Ən azı 1 xal qazanmaq mümkündü?

- Bizdə deyirlər ki, ümid sonda ölür. Biz daha çox ümidə yox, faktlara fikir verməliyik. FIFA reytinqində 47-ci pillədə  gedən komandaya qarşı əla oynadıq. İntensivliyi qorumalı, ritmləri qaldırmalıyıq.

- Lüksemburqla oyunda meydana buraxılan heyət və sxem tənqid olundu. İrlandiya matçında daha optimal heyət var idi. Bu dəyişikliyə səbəb nə idi?

- Bu sualın cavabı çox asandı. Çünki ayın 25-dən bir qrup oyunçularla məşq edirdik. 28-i avrokuboklarda oynayanlar gəldi, ardınca Avropada oynayanlar. Biz isə artıq məşq edirdik. Onları ikinci hissə meydana buraxacaqdıq ki, oyunu udaq. Səviyyəmizdən aşağı oynadıq. Lüksemburqa qarşı ikinci yarıda yaxşı oynadıq. Ən azından bir xal qazana bilərdik.

- Lüksemburq və İrlandiya ilə matçlardan 1 xal götürdünüz. Bu, sizi sevindirir?

- Bundan razı qalmaq olmaz. Birinci sual olmalıdı ki, hansı qrupdayıq. Qrupun reytinqində 5-ci yerdəyik. Amma biz sona qədər vuruşacağıq. Bir neçə gün əvvəl müsahibəm çıxıb. Orada sözlərim başqa cür yazılıb. Demişəm ki, Portuqaliya və Serbiya birinci yer üçün oynayacaq. Biz, Lüksemburq və İrlandiya üçüncü yer üçün oynayacağıq. Ağır şəraitdə başladıq, pandemiya idi. Amma bu, bəhanə deyil. Yaxşı komanda qurmağa çalışacağıq. Federasiya ilə birlikdə gələcək üçün yaxşı proyekt hazırlaya bilərik.

- Sabah Kriştiano Ronaldo oynamayacaq. Bunun sizə necə təsiri olacaq?

- Ronaldo böyük oyunçudu, amma onlarda güclü futbolçular çoxdu. Oyunçu baxımından problemləri yoxdu. Hələ də Santuş mənə 1 butulka içki verməyib. Çünki, Santuş mənim sayəmdə ora gəlib (gülür). 2014-cü ilin 7 sentyabrında Albaniya ilə Portuqaliyanı udandan sonra Fernandu Santuş milliyə gəlib. Sonra gedib Avropa çempionu oldular. Ümid edirəm ki, sabah Santuş uduzacaq. Təbii ki, bu zarafat idi.

- Sizin vaxtınıza kimi şans verilməyən Emin Mahmudov indi əla oynayır. Onu oyunlara necə hazırlayırsız ?

- Bir il bundan qabaq Emini yaxşı tanımırdım. Videolarına baxmışdım. Əvvəl aramızda anlaşılmazlıq var idi. İlk növbədə mən insan keyfiyyətlərinə baxıram. Axşam onu içməyə çağırdım, alkoqol deyildi. Danışdıq məni çox təəccübləndirdi. Bizim üçün çox vacib oyunçu oldu, indi də ən vacibidi. Qorxmadan, ürəklə oynayır. İsyəyərdim millidə hamı ondan ibrət götürsün. Sabah pozitiv nəticə istəyiriksə, 110 faizimizi meydanda qoymalıyıq.

- İrlandiya matçından sonra demişdiz ki, qapımıza vurulan qoldan əvvəl top auta çıxmışdı. Hakimlərlə bağlı lazımi yerlərə şikayət etdiniz?

- Heç kimlə əlaqə saxlamadıq. Oyun bitmişdi, hesab bilinirdi. Qələbəni son dəqiqədə əldən verdik. Sabah iki əsas oyunçumuz olmayacaq. Vaxtımız azdı, birlikdə daha çox oynamalıyıq. 7 gündə 3 oyun keçiririk. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Rüstəm Əhməzdadə İrlandiya ilə oyunda ağır zədələndi. Amma bir ayaqla meydanın mərkəzində sürüşmə fəndi ilə topu rəqibdən aldı. Nə vaxt ki, 23 oyunçumuzun hamısı elə ürəklə oynasa, biz az uduzacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right