"Çukariçki"nin kapitanı: "Sumqayıt"la oyunda bəxtimiz gətirmədi"

"Təəssüf ki, qol vurub oyunu uda bilmədik. Bunu bacarsaydıq, cavab görüşü bizim üçün daha rahat olardı".

Newsport.az məlumatına görə, bunu Serbiyanın "Çukariçki" klubunun kapitanı Marko Dotsiç "HotSport" nəşrinə açıqlamasında evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi nəticəyə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "90 dəqiqə ərzində meydanda dominantlıq edən tərəf biz olsaq da, bəxtimiz gətirmədi. Kifayət qədər qol şansımız oldu, lakin istifadə edə bilmədik. Son vuruşlarda yaradıcılıq çatmadı. Düşünürəm ki, ikinci qarşılamada daha diqqətli oynamalıyıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right