“Soçi” – “Keşlə” oyununun əvəzinə Van Dammın filmini göstərdilər

Konfrans Liqasının ikinci mərhələsinin “Soçi” – “Keşlə” (Azərbaycan) oyunu Rusiyada heç bir ümummilli kanal vasitəsi ilə canlı yayımlanmayıb.

Newsport.az xəbər verir ki, bu haqda “Sport-ekpress” qəzeti məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 19.00-da başlanan oyunun əvəzinə “Matç TV” kanalı Jan-Klod Van Dammın “Qanlı idman” filmini nümayiş etdirib. Digər idman kanallarından “Futbol-1”, “Futbol-2” və “Futbol -3”də isə keçmiş beynəlxalq oyunların videoyazısı göstərilib. Oyuna yalnız “Matç TV” və “Sportbox”un saytında baxmaq mümkün olub.

Kanalların belə mövqeyi rus azarkeşlərin narazılığına səbəb olub. Telekanalın əməkdaşı Georgi Çerdanstev isə sosial şəbəkədı yazıb ki, bu məsələyə dair iradları “Soçi” klubuna ünvanlanmalıdır.

Qeyd edək ki, "Soçi" - "Keşlə" matçı rusların 3:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right