UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, Azərbaycan 13.375 xalla 29-cu sıradakı mövqeyini qoruyub.
 
"Qarabağ"ın Bakıda Konfrans Liqasında İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etməsi ölkəmizin aktivinə daha 0.125 xal qazandırıb.
 
Daha əvvəl “Neftçi” 0.500, “Sumqayıt” isə 0.125 xal gətirib. Bununla da cari mövsüm Azərbaycan təmsilçilərinin qazancı 0.750-yə çatıb.
 
Azərbaycandan öndə qərarlaşmış Qazaxıstanın hesabında 13.750 reytinq xalı var. Ölkəmizi 13.000 xalla Polşa izləyir.
 
Qeyd edək ki, siyahıya 87.926 xalla İngiltərə başçılıq edir. İspaniya (80.570) ikinci, İtaliya (63.473) isə üçüncüdür.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right