"Mahir Emreli bunu öyrənməlidir" "Legiya"nın baş məşqçisi

"Legiya"nın (Polşa) baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Flora" (Estoniya) ilə matçdan sonra millimizin və Varşava təmsilçisinin futbolçusu Mahir Emrelinin oyunu haqda danışıb.

Newsport.az Polşa mətbuatına istinadən xəbər verir ki, Mixneviç görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:

“Tomaş Pexart komandaya gec qoşuldu. Emreli və Pexart birlikdə oynamağa öyrəşməlidirlər. Onların zamana ehtiyacı var. Bir-birilərinə necə kömək edəcəklərini bilməlidirlər. İlk hissədə problemimiz var idi. Çünki bir-birlərindən uzaq oynayırdılar. Pexart daha əvvəl Rafa Lopes ilə 3-5-2 sistemində oynayıb. Bu sistemin necə işlədiyini bilir. Emreli də bunu öyrənməlidir. Bu şeyləri oyun zamanı qavramaq lazımdır. Çünki məşqdə bunun üçün çalışmağa kifayət qədər vaxt olmur”.

Qeyd edək ki, "Legiya" həmin matçda 2:1 hesablı qələbə qazanıb.


Xatırladaq ki, Mahir iyunun 17-də "Legiya" ilə 3 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right