Millimiz DÇ-nin 1/4 final mərhələsində

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Newsport.az xəbər verir ki, D qrupunda mübarizə aparan yığma Portuqaliyanın Nazare şəhərində Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolu isə rəqib öz qapısından keçirib. Beləliklə, xallarının sayını 6-ya yüksəldən Azərbaycan millisi 1/4 finala yüksəlib.

Qrupun digər qarşılaşmasında İsveçrə və Fransa komandaları üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İsveçrəyə 5:8 hesabı ilə uduzub, Fransaya isə qalib gəlib - 2:0.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right