"Qarabağ" yeni mövsümə daha istəkli başlayıb" Xayme Romero

"Qarabağ"ın futbolçusu Xayme Romero klubun saytına açıqlama verib.
 
Newsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:

"Məşqlərimiz çox maraqlı keçir. Hazırlıq prosesində futbolçuları çox istəkli görürəm. Bəlkə də bu, ötən mövsüm çempionluğu son turda qaçırmağımızdan irəli gəlir. Bu da futbolçulara təsir edib və yeni mövsümə daha istəkli başlamışıq. Konfrans Liqası bizim üçün yeni və maraqlı turnirdir. İlk dəfə keçiriləcək turnirdə yaxşı iştirak etmək istəyirik. Mənim istəklərim komandanın iddiaları ilə üst-üstə düşür. Konfrans Liqasının qrupuna düşmək üçün əlimizdən gələni edəcəyik. Futbolçular da çox həvəslidir. Mövsümün sonunda isə Premyer Liqada çempion olmaq istəyirik. Yeni mövsümün uğurlu alınması üçün hər kəs işinə ciddi yanaşır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right